"Bir neçə problem çıxdı ortaya, ona görə Rusiya klubuna keçidim baş tutmadı"

14:12 - 6 Mart 2023

Qış fasiləsində "Zirə"nin yollarını ayırdığı Nemanya Andelkoviç Rusiyanın "Kuban" klubuna keçidə yaxın olsa da, sonradan transfer baş tutmamışdı.

Sportal.az xəbər verir ki, serbiyalı müdafiəçi "Zirə"yə qayıdıb.

Saytımıza açıqlama verən Nemanya Rusiya klubuna keçidinin baş tutmamasından söz açıb: "Bəli, "Kuban"la müqavilə imzalamağa yaxın idim. Amma sonradan bir neçə problem çıxdı ortaya. Belədə, keçid alınmadı. Ona görə də, "Zirə"yə dönüşüm baş tutdu. Bakı mənim üçün doğmadır. Burada özümü evimdəki kimi hiss edirəm. Azərbaycanda çox xoşbəxtəm. Ümid edirəm ki, hər şey yaxşı alınacaq. "Zirə" üçün əlimdən gələni edəcəm".

Mirbağırağa

Xəbər xətti