"Səbail"in 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

12:52 - 8 Mart 2023

"Səbail"Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Qarabağ"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu görüşə itkilərlə çıxacaq. 25-ci turun "Sumqayıt"la oyununda qırmızı vərəqə görən Qustavo de Fransa "Qarabağ"a qarşı oynamayacaq. Mövsüm ərzində 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılan Ağabala Ramazanov da son çempionla matçda iştirak etməyəcək.

Qeyd edək ki, "Qarabağ" - "Səbail" qarşılaşması 11 mart tarixində saat saat 18:00-da "Azersun Arena"da baş tutacaq.

Xəbər xətti