Nigeriyalı Azərbaycan Premyer Liqasında debüt etdi

16:04 - 10 Mart 2023

"Zirə"nin yeni transferi Abbas İbrahim Misli Premyer Liqasında debüt edib.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisinin qışda heyətinə qatdığı nigeriyalı futbolçu hazırda davam edən "Kəpəz"lə görüşün ikinci yarısında meydana çıxıb.

25 yaşlı yarımmüdafiəçi qış "transfer pəncərəsi" zamanı "Zirə" ilə 2,5+1 illik müqavilə imzalamışdı. O, zədə səbəbindən bundan əvvəl meydana çıxa bilməmişdi. 

Əlavə edək ki, nigeriyalı futbolçu Portuqaliyada “Pakoş Ferreyra”, “Paredes” və “Aruka” klublarında oynamışdı.

Mirbağırağa
 

Xəbər xətti