"Zirə"nin yeni transferi fasilədən sonra debüt edə biləcək

20:09 - 10 Mart 2023

"Zirə"nin yeni transferi Vladislav Kulaç hələ ki, müalicəsini davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, yeni transfer qəsəbə təmsilçisinin heyətindəki debütünü bir az da gözləməli olacaq. 

Məsələ burasındadır ki, “Zirə”nin heyətində bir oyun keçirmədən zədələnən ukraynalı milli komandalara görə çempionata veriləcək fasilənin ardından kollektivlə məşqlərə qoşulacaq.

29 yaşlı forvard qışda "Dinamo"dan (Kiyev) ayrılaraq "Zirə"yə keçib.

Xəbər xətti