"Araz Naxçıvan" 3 xalı 3 qolla qazandı - VİDEO

18:37 - 15 Mart 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XXI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, lider "Araz Naxçıvan" doğma meydanda "Zirə-2"ni qəbul edib. Qarşılaşma Muxtar Respublika təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 50-yə yüksəldən "Araz Naxçıvan" liderliyini davam etdirir. "Zirə-2" isə 19 xalla 13-cü yerdədir.

“Araz Naxçıvan” 3–0 “Zirə-2”
Qollar: De Saboa İv Lüsyen, 29; Orxan Əliyev, 60; Fərid Kərimzadə, 86)

Xəbər xətti