"Neftçi" - "Qəbələ" matçının vaxtı dəqiqləşdi

10:20 - 23 Mart 2023

"Qəbələ" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirəcək.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Neftçi" ilə qarşılaşacaq.

Bu matç martın 25-də baş tutacaq.

Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində təşkil olunacaq.

Qarşılaşma saat 16:00-da başlayacaq.

Yoxlama oyunu25 mart16:00. "Neftçi" – "Qəbələ" Türk Hava Yolları Futbol Mərkəzi

Xəbər xətti