"Bavariya" Naqelsmannı istefaya göndərdi

10:36 - 24 Mart 2023

Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Bavariya" Yulian Naqelsmannla yollarını ayırıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Gün ərzində rəsmi açıqlama ediləcək.

Qeyd edək ki, Julian Naqelsmann 2021-ci ilin iyun ayından "Bavariya"ya rəhbərlik edirdi. Münhen təmsilçisi ölkə çempionatında 25 turdan sonra 52 xalla 2-ci pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasında isə 1/4 finala yüksəlib.

Xəbər xətti