"Zirə"nin legioneri Nigeriya üzərindəki qələbədə pay sahibi oldu

20:36 - 25 Mart 2023

"Zirə"nin hücumçusu Toni Qomes Qvineya-Bisau yığmasının heyətində növbəti matçını keçirib. 

Sportal.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində öllkəsinin səfərdə Nigeriyanı 1:0 hesabı ilə məğlub etdiyi matçın 46-cı dəqiqəsində meydana çıxıb. 

Qəsəbə klubunun digər legioneri İssa Cibriella isə Nigerin səfərdə Əlcəzairə 1:2 hesabı ilə məğlub olduğu görüşdə ehtiyatda qalıb.

Xəbər xətti