"Sumqayıt"ın futbolçusu: "Tovuz və Gəncə səfərləri ağır olur"

21:21 - 31 Mart 2023

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib.

Matçdan sonra "kimyaçılar"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə Sportal.az saytının suallarını cavablandırıb:

- "Turan Tovuz"la matça çox ciddi hazırlaşmışdıq. Meydana qələbə üçün çıxmışdıq. Şükürlər olsun ki, qalib gəldik. Ümid edirəm ki, qələbələrin davamı gələr.

- Tovuz səfərində, Ayxan Abbasovun komandasına qarşı üzərində gərginlik var idi?

- Xeyr. Kiminsə komandasına qarşı oynamaq çətinlik deyil. Sadəcə səfər çətinliyi var. Hamının bildiyi kimi Tovuz və Gəncə səfərləri ağır olur. Turnir cədvəlində olduğumuz mövqeyin də gərginliyi var.

- Bu gün "Sumqayıt" mövsümün ən yaxşı oyunlarından birini göstərdi. Səncə, əvvəl niyə belə oynamaq olmurdu?

- Nəyin çatmadığını baş məşqçi daha yaxşı bilər. Nə lazım olsa, o deyir, biz də yerinə yetiririk.

Elçin Əlixan

Xəbər xətti