"Zirə"nin belçikalı legioneri Loris Broqno Sportal.az saytına müsahibə verib.
- "Zirə" "Neftçi" ilə matçda 1:1 oynadı. Matçla bağlı düşüncələrin necədir? Səncə, bu komandanı məğlub edə bilərdiniz?
- "Neftçi"yə qarşı yaxşı oyun göstərdik. Bu oyunda qələbəyə layiq idik. Qol vurmaq üçün çox şansımız oldu. Daha dəqiq oynasaydıq “Neftçi” ilə matçda üç xalı da qazana bilərdik. Növbəti oyunda bunu etməyə çalışacağıq.
- Bu mövsüm "Neftçi" ilə matçlarınız çətin alınır. Demək olar ki, ən çətini sonuncusu oldu?
- "Neftçi" yaxşı komandadır, hər mövsüm ilk 3-lükdə oynayırlar. Onlar hər mövsüm çempion olmaq istəyir, buna görə də böyük hədəfləri var. Bütün bunlara görə hər dəfə onlara qarşı çətin oyun olur, onlara qarşı bəzi oyunlarda məğlub olmuşuq. Amma hər dəfə öz keyfiyyətimizi göstəririk.
- "Qəbələ" bu turda qalib gəlsəydi "Zirə" beşinci pilləyə düşəcəkdi. Yəqin ki, "Sabah" - "Qəbələ" matçında "Sabah"a azarkeşlik edirdiniz?
- Qarşıdakı matçımız elə "Zirə"yə qarşıdır. Biz onlara qarşı öz oyunumuzu oynamalıyıq. Məqsədimizə çatmaq üçün daha 8 oyunumuz var. Avrokuboklara yollanmağımız kubok matçından da asılıdır. Lakin bu mövsümü ilk dördlükdə bitirməliyik.
- Növbəti turda rəqibiniz "Qəbələ" olacaq. Səfərdə keçirəcəyiniz matçda qalib gələ biləcəksiz?
- Bəli, əlbəttə ki, keyfiyyətli oyunçulardan ibarət yaxşı komandamız var. Ona görə də “Qəbələ” ilə oyunda yaxşı nəticə qazanmalıyıq. Bu vacib oyuna çox yaxşı hazırlaşacağıq.
- Məğlub olacağınız təqdirdə dördüncü pillədəki mövqeyinizi itirəcəksiniz. Bu mənada, "Qəbələ"yə qarşı görüş ikiqat ağır keçəcək?
- Biz oyun zamanı özümüz haqqında düşünməliyik. Bu oyun çox vacib olacaq. Daha 8 oyunumuz var ki, hamısını da oynamalı və xallar qazanmalıyıq.
- Avrokuboklara vəsiqə qazana bilməsəniz, böyük uğursuzluq olacaq?
- Mövsümü dördlükdə pillədə başa vurmaq istəyirik. Ancaq bu, yalnız bizdən asılıdır və kubok oyunlarında bəxtimiz gətirməlidir. Amma əvvəlcə bu mövsümü yaxşı başa vurmaq üçün özümüzə fikir verməliyik. Liqanın son oyununa qədər vacib xalları almalıyıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi