"Zirə"nin fəxri prezidenti: "Qarabağ" və "Neftçi" ilə tam rəqabət apara bilmərik"

17:34 - 7 Aprel 2023

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov jurnalistlərə açıqlama verib.

Sportal.az xəbər verir ki, o, komandanın çıxışını dəyərləndirib. Məmmədov məqsədlərinin avrokuboklarda iştirak etmək olduğunu deyib:

"Zirə" olaraq hər il yüksək yerlər uğrunda mübarizə aparırıq. Məqsədimiz ən azından avrokuboklarda iştirak etməkdir. Ötən mövsümü uğurlu başa vurduq. Çempionatda üçüncü yeri tutduq, ölkə kubokunun finalında oynadıq. Yalnız penaltilərlə ölkə çempionu "Qarabağ"a uduzduq. Keçən il bizim üçün qənaətbəxşdir. Bu sezona gəldikdə, məqsədimiz yenə avrokuboklara vəsiqə qazanmaqdır. Şansımız hələ də var. "Qəbələ" hazırda bizim elə əsas rəqibimizdir. İnanırıq ki, müsbət nəticə olacaq və mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağıq".

Orxan Məmmədov "Zirə"nin çıxışından razı qaldığını bildirib:

"Narazı və ya razı olmaq mövsümün sonunda bilinir. Bugünkü duruma görə komandadan razıyam. Azərbaycan futbolunda rəqabət yüksəkdir. Komandalar arasında maliyyə durumu eyni deyil. Turnir cədvəlinə baxsaq, görərik ki, bugünkü durumumuza görə "Qarabağ" və "Neftçi" ilə tam rəqabət apara bilmərik. Hesab edirəm ki, bu il 3-4-cü yerlər uğrunda mübarizə aparırıq və durumumuz qənaətbəxşdir".

Mirbağırağa

Xəbər xətti