"Zirə"də ciddi itki

17:27 - 7 Aprel 2023

"Zirə" Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Qəbələ"nin qonağıdır.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu görüşdə ciddi itki ilə üzləşib. "Qartallar"ın yarımmüdafiəçisi Mohamed Hamdaui zədələnib və oyunu davam etdirə bilməyib. Onun əvəzinə meydana Andriya Lukoviç daxil olub.

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən "Qəbələ" - "Zirə" qarşılaşmasında hesab açılmayıb.

Xəbər xətti