"Zirə"nin legioneri bu müddətə sıradan çıxdı

11:31 - 11 Aprel 2023

"Zirə"nin futbolçusu Mohamed Hamdauinin zədəsinin ciddi olduğu aşkarlanıb.

Sportal.az xəbər verir ki, həkim müayinəsindən keçən niderlandlı futbolçunun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Hamdaui Premyer Liqanın 29-cu turunun "Qəbələ" ilə görüşündə zədələnərək meydanı 22-ci dəqiqəqdə tərk etmişdi. 

Niderlandlı futbolçunun "Zirə" ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

 

Xəbər xətti