"Zirə"də qalmaq istəyirəm"

16:24 - 16 Aprel 2023

"Zirə"nin legioneri Nemanya Ancelkoviç yeni mövsümə hazırkı komandasında başlaya bilər.

Sportal.az saytına açıqlama verən serbiyalı futbolçu ona başqa klubdan təklif gəldiyini bildirib.

Amma o, qəsəbə təmsilçisinin formasını geyinməyə davam etmək istəyir:

"İndi dediyiniz məsələ haqda bir şey deyə bilmərəm. Çünki hazırkı klubumla bu haqda danışmamışam. Fikrimi yalnız qarşıdakı oyunlara yönəltmişəm. Doğrudur, başqa komandalardan təklif almışam. Lakin əlbəttə ki, öncə "Zirə" ilə danışmaq və yeni mövsümə də bu klubda başlamaq istəyirəm".

Mirbağırağa

Xəbər xətti