"Zirə"nin müdafiəçisi Donald Gerye hələ də komandasına kömək edə bilmir.
Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turunun "Neftçi" ilə görüşündə zədələnən haitili futbolçu matçın 36-cı dəqiqəsində yerini Sərtan Taşkına buraxmalı olmuşdu.
Hazırda həkim nəzarətində müalicəsini davam etdirən Geryenin kollektivə nə zaman qoşulacağı hələ ki, dəqiq deyil. Donaldın öncədən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilirdi.
saytlarin hazirlanmasi