"Zirə"nin niderlandlı yarımmüdafiəçisi Mohamad Hamdaui Premyer Liqanın 29-cu turunun "Qəbələ" ilə oyununda (1:2) aldığı zədəsini sağaltsa da, məşq zamanı zədəsini ağırlaşdırıb.
Sportal.az xəbər verir ki, MRT müayinəsi yarımmüdafiəçini bu mövsümün qalan hissəsini buraxmağa məcbur edəcək ciddi zədə aşkarlayıb.
Bu, artıq mövsümü vaxtından əvvəl başa vuran "Zirə"nin ikinci futbolçusudur. Ondan öncə Filip Paxtmann da mövsümü erkən başa vurmuşdu.
saytlarin hazirlanmasi