Azərbaycan klubunun üzvləri danışılmış oyunlara görə futboldan uzaqlaşdırıldı

14:12 - 25 May 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, 7 futbolçu danılışmış oyunlara görə futboldan uzaqlaşdırılıb:

I Divizionda MOİK klubunda çıxış edən 04.02.1992-ci il təvəllüdlü Hüseynov Kamil İsrafil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

I Divizionda MOİK klubunda çıxış edən 28.10.1992-ci il təvəllüdlü Allahverdiyev İlham Elman oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

I Divizionda MOİK klubunda çıxış edən 22.05.2002-ci il təvəllüdlü Rüstəmov Rüstəm Kənan oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

I Divizionda MOİK klubunda çıxış etmiş 20.05.2000-ci il təvəllüdlü Sabirli Qabil Mobil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

I Divizionda MOİK klubunda çıxış etmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan 18.12.2000-ci il təvəllüdlü Bayramov Fərman Namiq oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

I Divizionda MOİK klubunda çıxış edən 01.01.2000-ci il təvəllüdlü Veysov Elşən Kamil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

16.08.1988-ci il təvəllüdlü Hüseynov Samir Azər oğlu danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən oyunlarda stadiona daxil olmağı qadağan edilsin (maddə 80.1.)

QEYD: Adları çəkilən futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilər.

Xəbər xətti