Azərbaycan milli komandasının hücumçusu Rüstəm Əhmədzadənin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiqləşməyib.
Sportal.az saytına verilən məlumata görə, "Zirə" forvardın xidmətində maraqlı deyil. Bu mövsümü adıçəkilən komandada keçirən Əhmədzadənin müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıdacağı gözlənilir. Amma iddiaya əsasən Əhmədzadə bu dəfə də, “Qarabağ”da qalmayacaq.
Onun yeni mövsüm başqa kluba icarəyə veriləcəyi ehtimal edilir. "Zirka" yetirməsi olan Rüstəm “Aleksandriya”, “Kolos”, “Poddolye”, “Minay” klublarının formasını geyindikdən sonra “Qarabağ”la anlaşmışdı. Onun Ağdam klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi