Premyer Liqa klubu 37 yaşlı futbolçu ilə yollarını ayıracaq

20:29 - 31 May 2023

İngiltərə Premyer Liqasının təmsilçisi "Aston Villa"nın futbolçusu Eşli Yanq komandanı tərk edəcək.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Birmingem təmsilçisinin rəhbərliyi təcrübəli futbolçuya yeni müqavilə təklif etməyib.

Onun klubla müqaviləsi 2023-cü il iyununun sonunda başa çatacaq. 37 yaşlı müdafiəçinin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiq deyil.

Yanq “Uotford”, “Aston Villa”, “Mançester Yunayted”, “İnter”də oynadıqdan sonra 2021-ci ildə sonuncu klubuna yenidən qayıtmışdı. 
 

Xəbər xətti