"Turan Tovuz"un müdafiəçisi milliyə kömək edəcək

20:59 - 31 May 2023

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət edilib.

Sportal.az xəbər verir ki, müdafiəçi qarşıdakı iki görüş üçün Kişinyova yollanıb. 

Denis AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində 17 iyun Albaniya, 20 iyun tarixində isə Polşa ilə keçiriləcək oyunlar üçün Moldova millisinə dəvət alıb.

Xatırladaq ki, "Turan Tovuz" Marandiçini qışda heyətinə qatmışdı.

Xəbər xətti