Azərbaycan Premyer Liqası: Mövsümün rekordu

10:00 - 5 İyun 2023

Azərbaycan Kubokunda mövsümün rekordu qeydə alınıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, “Neftçi” ilə “Qəbələ” arasında finala təsadüf edib. “Bakcell Arena”dakı görüşü 9000 tamaşaçı izləyib. Bu, mövsümün 19 kubok oyununun ən yüksək göstəricisidir. Finala qədər rekord 5000-ə bərabər idi. Yarımfinalın “Neftçi” və “Turan Tovuz” arasında hər iki qarşılaşmasında 5000 seyrçi olub.

Ümumilikdə isə kubokun 19 matçında 31980 izləyici qeydə alınıb. Orta hesabla hər oyunu 1683 tamaşaçı seyr edib.

Xəbər xətti