"Zirə"nin futbolçusu Cəlal Hüseynov karyerasını Bolqarıstanda davam etdirəcək.
Sportal.az xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi "Arda" klubuna keçib. Bu barədə Kırcalı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan milli komandasının üzvü yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Cəlal Hüseynov son mövsümü icarə əsasında "Şamaxı"da keçirib. Gənc arxa xətt oyunçusu bölgə təmsilçisinin heyətində meydana çıxdığı 35 matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi