"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə açıqlama verib. Sportal.az xəbər verir ki, Sadıqov komandanın büdcəsinin artırılması ilə bağlı verilən sualı da cavablandırıb. O, büdcənin artmadığını bildirib:
"Bizdə büdcə artmayıb. Hələ ki, büdcəmiz məlum deyil. Bugünlərdə olan söhbətə görə, büdcəmizdə geriləmə gözlənilir. Amma hələ dəqiq deyil. Ola bilsin ki, ən azından keçənilki büdcə qalsın. Əksər komandalar transfer bazarında çox aktivdilər. Bu mövsüm futbolçu qıtlığı yaşanır. Futbolçularla anlaşmaqda çətinlik çəkirik. Öz büdcəmizə uyğun rəqəmlərlə razılaşmaq məsələsi də çox önəmlidir. Bu çətinlikləri yaşayırıq. Süni qiymət artımı olduğunu düşünmürəm. Futbolçulardır, düşünürəm ki, buna layiqdirlər".
Mirbağırağa
saytlarin hazirlanmasi