Azərbaycan millisinin üzvü Cəlal Hüseynov "Zirə"dən ayrılaraq "Arda"ya keçib. Sportal.az xəbər verir ki, gənc müdafiəçi Bolqarıstan təmsilçisi ilə iki illik müqaviləyə qol çəkib. Məsələ haqda, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə açıqlama verib. Sadıqov Cəlalın Bolqarıstana yollanmasının tərəfdarı olduğunu söyləyib:
"Cəlal başa çatan mövsüm komandadan ayrılanda, ona təkliflər çox idi. “Turan Tovuz” və “Şamaxı” onu istəyirdi. Mənim fikrim "Turan Tovuz"a getməsi idi. Amma Cəlalın özü ilə danışdıq, qərar qəbul etdik ki, özünün ürəyincə olsun. Sonda “Şamaxı”dan yana seçim etdi. Ümumiyyətlə, pis sezon keçirmədi, oyun praktikası qazandı. Millinin də bir neçə matçın iştirakçısı oldu. Cəlalı ötən mövsüm də icarəyə vermək istəmirdim. Sadəcə burada daha çox oynamaq məsələsi var idi. "Arda"dan Cəlal üçün təklif gələndə, ilk növbədə bu komandanın baş məşqçisinin fikirləri ilə maraqlandım. Bunu öyrəndikdən sonra, qərar qəbul etdim ki, Cəlal getməlidir. İstər klub, istər məşqçilər olaraq onun üzərində müəyyən əziyyətlərimiz olub. Sevinirəm ki, mənim zamanımda debüt edən futbolçu Bolqarıstan liqasına transfer oldu, eyni zamanda da A milliyə də cəlb edilir. Məşqçi üçün komandanın verdiyi nəticələr və futbolçu yetişdirməsi önəmlidir. Yəni, futbolçu sənin yanında nə dərəcədə inkişaf edir. Belə qərara gəldik ki, Cəlal Bolqarıstana getsin və karyerasını orada davam etdirsin".
Gənc mütəxəssis Bolqarıstan çempionatının Cəlal üçün tramplin rolunu oynayacağına inandığını dilə gətirib: "Düşünürəm ki, uğurlu olacaq və oradan daha yaxşı yerlərə gedəcək. Bolqarıstan Cəlal üçün tramplin olacaq. Futbolçularda, klublarda, menecerlərdə belə fikir var ki, mütləq şəkildə ilk addım ciddi ölkəyə getməlidir. Amma belə deyil. Bəzən elə ölkələr olur ki, ora diqqət daha çoxdur və tramplin rolunu oynayır. Cəlal üçün Bolqarıstan tramplin rolunu oynayacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi