"Zirə"dən ayrılan Nemanya Ancelkoviçin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi karyerasını Rusiyada davam etdirəcək. Serbiyalı futbolçu I Liqada mübarizə aparan "Akron"la uzun müddətli müqavilə imzalayıb. Bu barədə Tolyati təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Arxa xətt oyunçusu yeni komandasında 26 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Nemanya Ancelkoviç 2021-ci ilin yanvar ayından "Zirə"də çıxış edirdi. O, qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 65 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi