"Zirə" yeni mövsümün hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov "CBC Sport" kanalına açıqlama verib. 41 yaşlı mütəxəssis hazırlıq prosesinə dəyərləndirib:
"Hazırlığa 10 gündür başlamışıq. Digər klublarla müqayisədə daha erkən toplaşdıq. Hər şey qaydasında gedir. Transfer dövründə hazırlıqdan önəmli seleksiya işidir. O yöndə də çalışmalarımızı aparırıq. Mövsüm başlayanda istədiyimiz performansı yaxalamaq üçün əlimizdən gələni edirik. Futbolçu var ki, az oynayırdı, daha çox oynamaq istəyirdi, futbolçu var ki, əsas heyətə düşə bilmirdi, bəzi futbolçular da var idi ki, düşünürdüm dəyişikliyə ehtiyac var. Futbol hərəkətli idman növüdür və daim burada dəyişikliklərə ehtiyac olur.
Bundan sonra 4-5 futbolçu transfer etməyi planlaşdırırıq. Mövqeləri tam açıqlamıram. Amma ən azı 5 transfer olacaq. Hər il olduğu kimi bu il də ən azından Konfrans Liqasına vəsiqə qazanmaq, mümkün qədər daha yuxarı yerlər uğrunda mübarizə aparmaq istəyirik"
Elçin Əlixan
saytlarin hazirlanmasi