"Zirə"nin fəxri prezidentindən Musa Qurbanlı paylaşımı - FOTO

23:21 - 5 İyul 2023

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov "Qarabağ"ın hücumçusu Musa Qurbanlının "Yurqorden"ə transferi haqda fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisinin rəhbəri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, 21 yaşlı forvarda uğurlar arzulayıb:

"Qarabağ"ın və millimizin oyunçusu Musa Qurbanlının İsveçin "Yurqorden" klubuna transferi açıqlanıb. Transferin futbolumuz və oyunçumuz üçün xeyirli, bərəkətli olacağına inanıram. Musaya Stokholmda futbolumuzu layiqli təmsil edilməsi işində uğurlar arzu edirəm!"


Xəbər xətti