Transfer çalışmalarını davam etdirən "Səbail" daha bir futbolçunu heyətinə qatıb.
Sportal.az xəbər verir ki, Bayıl təmsilçisinin növbəti legioneri Fransanın "Sedan" klubunda oynamış Alexandre Ramalinqom olub. "Transfermarkt" portalı 30 yaşlı forvardı artıq "Səbail"in futbolçusu kimi təqdim edib.
Madaqaskar millisinin forvardının yeni klubu ilə imzaladığı müqavilənin detalları barədə məlumat verilməyib. “Ayaçço”, “Virton” kimi komandalarda oynamış hücumçu 2020-ci ildən “Sedan” forması geyinirdi.
Mirbağırağa
saytlarin hazirlanmasi