"Səbail" Türkiyə klubunu məğlub etdi

20:40 - 16 İyul 2023

2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv bu gün yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 18:00) Türkiyə 1-ci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb Oyun təmsilçimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. 

Bayıl təmsilçisinin qollarını Petro Nuno, Aleksandr Romalinqom (2) və Ağabala Ramazanov vurub.

Xəbər xətti