"Səbail" "Sivasspor"la heç-heçə etdi

21:13 - 19 İyul 2023

2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Bayıl təmsilçisi bu gün yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) Super Liqa təmsilçisi “Sivasspor”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Dənizçilər"in heyətində Pedro Nuno fərqlənib.

Qeyd edək ki, "Səbail" daha əvvəl “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib.

Xəbər xətti