"Səbail" "Konyaspor"a qarşı

11:23 - 21 İyul 2023

2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, "dənizçilər" Super Liqa təmsilçisi "Konyaspor"la üz-üzə gələcək. Qarşılaşma bu gün yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.

Qeyd edək ki, "Səbail" Türkiyədə daha əvvəl keçirdiyi oyunlarda "Ərzurumspor"a 4:3 hesabı ilə qalib gəlib, "Sivasspor"la 1:1 hesablı heç-heçə edib.

Xəbər xətti