"Səbail" Türkiyə Super Liqasından müdafiəçi gətirdi

16:34 - 26 İyul 2023

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi son mövsümü Türkiyə Super Liqası təmsilçisi “İstanbulspor”da keçirmiş müdafiəçi Adi Mehremiçi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Səbail" bosniya və herseqovinalı mərkəz müdafiəçisi ilə 1,5 illik müqavilə imzalayıb

Xəbər xətti