"Zirə" Türkiyə klubu ilə heç-heçə etdi

19:28 - 28 İyul 2023

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Türkiyə I Liqası təmsilçisi "Kocaelispor"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, "Zirə" daha əvvəl keçirdiyi yoxlama oyunlarında Türkiyənin "Karagümrük" komandası ilə qolsuz, Tanzaniyanın "Simba" klubu ilə isə 1:1 hesablı heç-heçə edib.

Xəbər xətti