“Zirə”nin Müşahidə şurasının sədri Orxan Məmmədov Premyer Liqanın ilk turunun "Qarabağ"la matçında sonra Sportal.az saytına müsahibə verib.
Qəsəbə təmsilçisinin rəhbərinin müsahibəsini diqqətinizə çatdırırıq:
- "Zirə" tarixi ərzində "Qarabağ" üzərində ilk qələbəsini qazandı. Bu barədə nə deyə bilərsiniz?
- Klub rəhbəri kimi çox şadam. Əlbəttə ki, bu, tarixi qələbədir. Tariximiz ərzində ilk dəfə "Qarabağ"a qalib gəldik. Əminəm ki, bu qələbə mövsümboyu bizi stabil edəcək və başqa qələbələrə aparacaq.
- Bu qələbəyə görə komandaya mükafat olacaq?
- Əlbəttə. Onu daxildə qərarlaşdıracağıq.
- "Zirə" bu tempi sonadək davam etdirə bilər?
- İnanırıq. Bildiyiniz kimi bu il rəqabət çox güclüdür. Əsas rəqiblərimiz olan ilk dördlükdə yerləri bölüşə biləcəyimiz komandalar da güclənib. Çalışacağıq ki, bu rəqabətə tab gətirək. Transfer pəncərəsi də bağlanmayıb. Yeni oyunçularla daha da güclənəcəyik.
- Faktiki danışıq apardığınız futbolçular var?
- Bəli, var. Məşqçi heyəti danışıq aparır. Ayın sonuna kimi danışıqlar gedəcək.
- Oyundan əvvəl komandaya mükafat vəd etmişdiniz?
- Xeyr. Biz ümumən oyunqabağı mükafat demirik. Adi haldır ki, böyük rəqibləra qarşı oyunlarda mükafat olur. Dünən də komanda ilə görüşmüşdüm. Həm biz, həm futbolçular əsas məqsəd onu qoymuruq. Məqsədimiz meydanda gözəl futbol göstərməkdir.
- Çempionluq uğrunda mübarizə apara bilərsiniz?
- Yox. Reallığı görək. Biz avrokuboklar uğrunda mübarizə aparacağıq. İnanıram ki, bu il bu şansımız olacaq.
- Komanda ilə görüşünüz mövsümün başlaması, yoxsa "Qarabağ"la matçla bağlı idi?
- Əlbəttə ki, mövsümün başlaması ilə bağlı idi. Yeni oyunçular gəlib. Mən mütəmadi olaraq komanda ilə görüşürəm. Məqsəd yeni futbolçuları salamlamaq və qarşıdakı planları bölüşmək idi.
Mirbağırağa
saytlarin hazirlanmasi