"Səbail" Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:
- O qədər də sevinmirəm. Bu oyun Şəhriyar Rəhimovun ruhu üçün idi. O, komandanın formalaşmasında böyük rol oynayıb, legionerlərin bura gəlməsi üçün bəlkə 300-dən çox oyun izləyib. Ruhu şad olsun, nur içində yatsın. Oyuna gəlincə, bilirik ki, "Turan Tovuz" güclü və taktiki cəhətdən ağıllı oynayan komandadır. Rəqibi təhlil etmişdik. Mərkəzdə top saxlayıb kənarlardan hücumlar qurmağa çalışdıq. Futbolçulara təşəkkür edirəm. Başlanğıcdayıq. Əsas heyətdə birdən-birə 9 futbolçu dəyişib. Oyundan-oyuna xətlər arasında əlaqə daha yaxşı olacaq.
- Erkən qol vurmaq oyununuza necə təsir etdi?
- Tam başqa şey fikirləşmişdim. İlk yarıda daha çox güc sərf edib ikinci hissədə taktiki cəhətdən doğru oynamaq istəyirdik. Qol yaxşı vaxtda oldu.
- Ağabala Ramazanovun ehtiyatda olmasının səbəbi nə idi?
- Bu, oyunun bir hissəsidir. Qomisi də start heyətdə buraxmaq istəmirdim. Onlar driblinq edən, fərdi olaraq yaxşı keyfiyətlərə malik futbolçulardır. İstəyirdim ki, ikinci hissədə Ağabaladan yararlanım.
- Şəhriyarla son xatirəniz necədir?
- Türkiyəyə getmədən öncə mənə dedi ki, Şahinm müəllim mən işimi bitirdim. Legionerlərin transferi ilə məşğil olurdu. Ona demişdim ki, yanvardan sonra işinə qayıdarsan.
- Dəfn mərasimində iştirak etmək məqsədilə bu oyunu təxirə salınması üçün PFL-ə müraciət etmişdiniz?
- Klub rəhbərliyi orada iştirak edib. Dünəndən Tovuzdayıq. Biz sabah yasda iştirak edəcəyik. Onu unutmayacağıq. Şəhriyarın ailəsi bizim ailəmiz, balaları bizim balalarımızdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi