"Zirə"nin futbolçusu Stefan Aka Rumıniya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, Fil Dİşi Sahilindən olan müdafiəçi Azərbaycan haqda da danışıb. 33 yaşlı oyunçu Bakının gözəl və ucuz şəhər olduğunu bildirib:
"Azərbaycanda işlərim yaxşı gedir, xoşbəxtəm. "Zirə"nin əksər matçlarında oynayıram. Hazırda çempionatda birinci yerdəyik. Bakı gözəl və ucuz şəhərdir".
Qeyd edək ki, Stefan Aka mövsümün əvvəlində "Zirə"yə keçib. Təcrübəli mərkəz müdafiəçisi "qartallar"ın heyətində 7 Premyer Liqa matçında meydana çıxıb.
saytlarin hazirlanmasi