"Fənərbaxça"nın forvardı Rusiyaya yollana bilər

14:34 - 8 Noyabr 2023

Belçika millisinin forvardı Mişi Batşuayi Rusiyaya yollana bilər.

Sportal.az "Fotomaç"a istinadən xəbər verir ki, təcrübəli hücumçuya "Spartak"dan təklif gəlib.

"Fənərbaxça"da çox da oynamaq şansı tapmayan Mişi Türkiyəni tərk etməyi planlaşdırır.  

Onun İstanbul klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. Forvard bu mövsüm ümumilikdə 13 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti