İspaniya Primerosunun təmsilçisi “Qranada” baş məşqçi postunda dəyişiklik edib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, uruqvaylı mütəxəssis Aleksandr Medina adıçəkilən komanda ilə anlaşıb.
2023-cü ilin fevralından işsiz qalan 45 yaşlı uruqvaylı “Qranada”nı mövsümün sonuna qədər çalışdıracaq.
Medina “Nasyonal”, “Talleres”, “İnternasyonal” və “Velez Sarsfild”də çalışıb.