Azərbaycan milli komandasının sabiq futbolçularının yer aldığı komanda minifutbol üzrə ölkə çempionatında iştirak edəcək.
Sportal.az xəbər verir ki, öncə çempionatda "Xankəndi" kimi mübarizə aparacağı açıqlanan komandanın adı dəyişdirilib.
Belə ki, komanda “İnter” adı ilə çıxış edəcək. Minifutbol üzrə Azərbaycan çempionatı isə dekabrın ortalarında start götürəcək. Liqada 16 komanda mübarizə aparacaq.
"İnter"in baş məşqçisi futzal üzrə Azərbaycan milli komandasının üzvü Xətai Bağırov təyin edilib. Heyətdə isə Əfran İsmayılov, Mahir Şükürov, Kamran Ağayev, Rəşad Sadiqov, Rahid Əmirquliyev, Elvin Məmmədov, Rauf Əliyev, Cavid Hüseynov, Rail Məlikov, Elhad Nəziri, Cavid İmamverdiyev və Ruslan Əmircanov yer alacaq.
saytlarin hazirlanmasi