"Arsenal"ın və Polşa millisinin müdafiəçisi Yakub Kiver karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Milan" futbolçunu transferə razı salıb.
Polşalı bu mövsüm cəmi 4 oyunda meydana çıxıb.
"Milan" "Arsenal"dan ilkin razılıq almağı bacarıb. Son anda hansısa problem çıxmasa, Kiver qışdan sonra "rossonyerlər"lə müqavilə imzalayacaq.
23 yaşlı müdafiəçi "Jilina", "Spetsiya"da oynadıqdan sonra "Arsenal"a keçmişdi.
saytlarin hazirlanmasi