"Matçın gərgin keçəcəyini bilirdik. Çünki rəqibi tanıyırdıq. "Difai" birinci liqada da çıxış edir. Çempionat matçlarında da qapalı oynayırlar. Gözlədiyimiz kmi də oldu. Əks-hücumlara çıxırdılar. Hər halda, əsas qələbə idi. Komandamı, rəhbərliyimizi təbrik edirəm".
Sportal.az xəbər verir ki, bu sözləri "Karvan"ın baş məşqçisi Kənan Kərimov "CBC Sport"a açıqlamasında deyib.
O, ölkə kubokunun ikinci təsnifat mərhələsinin "Difai Ağsu"(1:0) ilə görüşündən sonra danışıb. Kərimov komandasının kubokdakı hədəflərindən də söhbət açıb: "Böyük ehtimalla 1/8 finalda rəqibimiz "Sumqayıt" olacaq. İlk oyunumuz səfərdədir. Çalışacağıq ki, yaxşı oyun göstərək və nəticə əldə edək. Amma bizim üçün ən önəmli olan çempionat matçlarıdır. Liqa Gərgin keçir, çalışırıq ki, yüksək pillələrdə qərarlaşaq. Amma kubokda da yaxşı oynayaraq mərhələ adlamağa çalışacağıq. Birinci liqadakı hədəfimizə gəlincə, hazırda birinci yerdəki komanda ilə dörd xallıq fərqimiz var.
Çempionatın nə qədər mübariz keçdiiyni hamı görür. Topladığımız xal bizi qane edir. Düzdü, rəhbərlik qarşımıza çempionluq yox, yüksək yerlərdə dayanmaq hədəfi qoymayıb. Lakin biz də çempionluq mübarizəsində varıq".
Mirbağırbağır
saytlarin hazirlanmasi