Norveçin "Molde" klubunun yarımmüdafiəçisi Kristian Eriksen Avropa Liqasının H qrupunun 5-ci turunda "Qarabağ"la ev oyununda heç-heçəni (2:2) şərh edib.
Sportal.az xəbər verir ki, Ağdam klubu ilə görüşdə dubl edən norveçli “Viaplay”a açıqlamasında bunları deyib:
"Mən bir az məyusam. Bu, həqiqətən insanı üzür. İndi mən çox əsəbiyəm. Çünki öz səhvimizdir. Çox kədərli vəziyyətdir".
Qeyd edək ki, Eriksen 82 və 87-ci dəqiqələrdə "Qarabağ"ın qapısına iki qol vurub.
saytlarin hazirlanmasi