İspaniya millisinin üzvü Niko Uilyams "Atletik"lə müqavilə müddətini artırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bilbao təmsilçisi onunla yeni dörd illik müqavilənin razılığını əldə edib. Niko 2027-ci ilin yayına qədər “Atletik”ə məxsus olacaq.
Bu mövsüm futbolçu Bilbao klubunun heyətində 11 oyuna çıxıb, 1 qol vurub və 7 məhsuldar ötürmə edib. 21 yaşlı futbolçu “Baskoniya”, “Bilbao Atletik”də oynadıqdan sonra 2021-ci ildən “Atletik”in əsas komandasında oynayır. O, 2022-ci ildən şərəfini qoruduğu İspaniya millisində isə 10 oyun keçirib 2 qol vurub.
saytlarin hazirlanmasi