Cəbəllütariqin “Linkoln” klubunun yarımmüdafiəçisi Cumani Barnet Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları (1:2, 0:4) xatırlayıb.
Sportal.az xəbər verir ki, “Voetbalzone” portalına danışan niderlandlı futbolçu "Qarabağ" kimi komandalarla oynamaq istədiyini bildirib:
"Azərbaycanda “Qarabağ”a qarşı 20 min azarkeş önündə oynamışdıq. Meydança təbii örtüklü idi, futbol isə daha çox şahmata bənzəyirdi və mən bunu bəyənirəm. Mən bəzən şahmat oynayıram, çünki diqqətli seçimlər etmək lazımdır. Burada hər şey vacib olan xırda detallarla bağlıdır. “Qarabağ” kimi səviyyəli komandalarla tez-tez oynamaq fürsətini səbirsizliklə gözləyirəm”.