Norveç millisinin sabiq baş məşqçisi: "Qarabağ"ın daha da irəliyə getmək potensialı var"

13:49 - 2 Dekabr 2023

"Azərbaycan futbolunu ara-sıra mən özüm də izləyirəm. Hər halda, hər bir ölkənin futbolu ilə maraqlanmaq lazımdır. Çünki futbolun içində olan adamlarıq. Azərbaycan millisinin nəticələrinə, oyunlarına baxmışam. Son tsikldə evdə İsveçə 3:0 qalib gəldilər. Həmin oyuna baxdım. Azərbaycan yaxşı futbol oynayıb, qalib gəldilər. Onsuzda, artıq hazırda bütün ölkələrdə futbol inkişaf edir".

Bu sözləri Sportal.az saytına açıqlamasında Oqe Hareyde deyib. 

70 yaşlı mütəxəssis "Molde" - "Qarabağ" oyunu üçün Norveçə ezam olunmuş əməkdaşımıza açıqlama verib. O, "Qarabağ" barədə fikirlərini söyləyib:

"Qarabağ" artıq uzun müddətdir ki, avrokuboklarda qrup mərhələlərində oynayır. Əslində, davamlı olaraq qrup mərhələsində oynamaq asan deyil. Bu komanda Bakıda "Molde"yə baxımlı oyun göstərərək qalib gəlmişdi. Cavab görüşü də maraqlı alındı. "Molde" qələbəyə yaxın olsa da, "Qarabağ" sonda bərabərlik qolunu vuraraq bir xal qazandı. Fikrimcə, "Qarabağ"ın daha da irəliyə getmək potensialı var".

"Molde", "Rosenborq", "Brondbu", "Malmö" klubları ilə yanaşı, Norveç, Danimarka, İslandiya yığmalarında işləyib.

Mirbağırağa

Xəbər xətti