"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino dekabrın 3-də "Brayton"a qarşı keçiriləcək oyundan öncə London klubunun hazırkı durumu haqda danışıb.
Sportal.az xəbər verir ki, "Evening Standard"a açıqlama verən argentinalı özünün də yer aldığı məşqçilər korpusunu tənqid edib:
"Nyukasl"la uduzduğum matça baxdıqdan sonra özümü çox pis hiss etdim. İstər komanda daxilində, istərsə də mətbuatda futbolçularıma qarşı amansızca davranmışam. Hesab edirəm ki, məşqçilər korpusunun yanaşması səhv olub, ona görə də biz də məsuliyyət daşıyırıq. Bu həftə nəyi təkmilləşdirməli olduğumuzu anlamaq üçün yaxşı keçdi. Biz daha ardıcıl və yetkin olmalıyıq. Bəzən bu kimi çətin vəziyyətlər komandanın böyüməsinə kömək edir. Rəqibin kimliyinin fərqi yoxdur. "Tottenhem"i məğlub etdik, lakin "Nyukasl"a uduzduq, ona görə də deyə bilərsiniz ki, biz özümüzün düşməniyik və daxili məsələlərə diqqət yetirməliyik. Əgər yaxşı formada olsaq, yaxşı oynayacağıq və “Brayton” bizim üçün böyük problem olmayacaq".
saytlarin hazirlanmasi