"Milan"ın baş məşqçisi Stefano Pioli futbolçularından narazılıq edib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis A Seriyasında turnir cədvəlində rəqiblərindən bir neçə xal geri qalması ilə bağlı oyunçuların motivasiyasının aşağı düşüb-düşməməsi ilə bağlı fikirlərini bildirib:
"Əgər oyunçularımdan hər hansı biri çempionatın geridə qalan 25 turunda “İnter” və “Yuventus”u qabaqlayacağımıza inanmırsa, o zaman dünənki məşqə də gəlməməliydilər. Onların hamısı buna görə maaş alır deyə, gəlirlər. Həm də buna inandıqları üçün məşqə çıxırlar. Yoxsa, futbolçular A Seriyasını qazanacaqlarına inanmırlarsa, məşqə gəlməyə bilərlər".
Xatırladaq ki, İtaliya çempionatının 13 turundan sonra Piolinin komandası 26 xal toplayıb və hazırda üçüncü yerdə qərarlaşıb. "Yuventus" A Seriyasında eyni sayda matçdan sonra 30 xal toplayıb və ikinci pillədədir. "İnter" isə 32 xalla liderdir.
saytlarin hazirlanmasi