Almaniya millisinin futbolçusu "Borussiya"dan ayrılacaq

16:49 - 2 Dekabr 2023

Almaniya millisinin üzvü Marius Volf “Borussiya”nı tərk edəcək.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Dortmund klubunun rəhbərliyi 28 yaşlı futbolçu ilə müqavilə müddətini artırmayacaq.

Almaniyalı 2018-ci ildə “Borussiya”ya keçib. Futbolçunun hazırkı komandası ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Volfun Səudiyyə Ərəbistanı və Qətər klublarından birinə keçəcəyi gözlənilir.

Adıçəkilən futbolçu “Münhen 1860”, “Hannover”, “Ayntraxt”(Frankfurt), “Herta”, “Köln” komandalarında oynayıb.
 

Xəbər xətti