"Qarabağ"ın müdafiəçisi Kevin Medina bir müddət komandasına kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, Avropa Liqasının 5-ci turunun “Molde” ilə səfərdə keçirilən görüşündə zədələnmiş kolumbiyalı qarşıdakı matçlarda meydana çıxmayacaq.
Onun təxminən iki ay “Qarabağ”ın oyunlarında iştirak etməyəcəyi gözlənilir.
Futbolçunun qasıq nahiyyəsində problem yaşanıb.