İspaniya çempionatında noyabrın ən yaxşısı bəlli oldu

20:19 - 2 Dekabr 2023

İspaniya Primerosunda noyabrın ən yaxşı oyunçusunun adı açıqlanıb.

Sportal.az xəbər verir ki, bu ada "Atletiko"nun hücumçusu Antuan Qrizmann layiq görülüb. 

32 yaşlı forvard mükafat uğrunda mübarizədə Borxa Mayoral ("Xetafe"), Ante Budimir ("Osasuna"), Artem Dovbik ("Jirona") və Ayoze Peresə ("Betis") qalib gəlib.

Qrizmann noyabrda La Liqada üç oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
 

Xəbər xətti